RU

Siyahı təsdiqləndi

“Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısı” təsdiq edilib.

 Tribunainfo.az xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, eyni zamanda “Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən peşələrin (vəzifələrin) siyahısı” təsdiq edilib.

Həmçinin “Azərbaycan Respublikasında istehsal olunan, mədəni və yaradıcı sənaye sahələrinə aid edilən məhsul və xidmətlərin siyahısı” və “Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyət üzrə mədəni və yaradıcı sənaye sahələrinə aid edilən mal və xidmətlərin siyahısı” təsdiq edilib.

Mədəniyyət Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına tapşırılıb və Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilib ki, bu Qərarla təsdiq edilmiş siyahıların müvafiq məlumatların toplanılması, hesabatların tərtib edilməsi, təhlili və Azərbaycan Respublikasında iqtisadi fəaliyyətin nəticələrinin hesablanması zamanı nəzərdə tutulmasını təmin etmək üçün zəruri tədbirlər həyata keçirilməsi tapşırılıb.

 

Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin SİYAHISI

 

 

Sıra

№-si

Mədəni və yaradıcı sənaye (MYS) sahələriİFNT

üzrə kodu

 

İqtisadi fəaliyyət növünün* adı

1. 

Mədəni irs

91020Muzeylərin fəaliyyəti
91030Tarixi yerlərin və binaların mühafizəsi sahəsində fəaliyyət
2.Arxiv və kitabxanalar91010Kitabxana və arxivlərin fəaliyyəti
3.Kitablar, nəşriyyat və mətbuat18110Qəzetlərin çap edilməsi
18121Digər poliqrafiya məhsullarının (qəzetlərdən əlavə) çap edilməsi
18130Çap işlərinin hazırlanması
18140Cildləmə və bəzək işləri
47610İxtisaslaşdırılmış mağazalarda kitabların pərakəndə satışı
47620İxtisaslaşdırılmış mağazalarda qəzetlərin və dəftərxana ləvazimatlarının pərakəndə satışı
58110Kitab nəşri
58130Qəzet nəşri
58140Jurnal və dövri nəşrlərin dərc edilməsi
63910Məlumat agentliklərinin fəaliyyəti
74300Tərcümə üzrə xidmətlər (yazılı və şifahi)
4.Təsviri sənətlər74100İxtisaslaşdırılmış dizayn fəaliyyəti
74200Fotoqrafiya sahəsində fəaliyyət
90030İncəsənətin sair sahələri üzrə fəaliyyət
5.İfa sənətləri32200Musiqi alətlərinin istehsalı
90010Səhnə sənəti
90020Səhnə sənəti sahəsində yardımçı fəaliyyət
90040Teatr və konsert zallarının fəaliyyəti
6.Audiovizual fəaliyyət və multimedia18201Səs yazılarının surətinin çıxarılması
18202Videoyazıların surətinin çıxarılması
18203Maşın daşıyıcılarının məlumatlarının surətinin çıxarılması
47630İxtisaslaşdırılmış mağazalarda musiqi və video yazılarının pərakəndə satışı
58210Kompüter oyunlarının nəşri
59110Kinofilmlərin, video və televiziya proqramlarının istehsalı ilə əlaqədar fəaliyyət
Избранный
0
1
tribunainfo.az

4Источники