RU

Pakistan Hindistanın ölkəyə hücumunun hədəfini açıqlayıb

Hindistanın hücumu Pakistanın su ehtiyatlarını hədəf alıb. Geo TV-nin məlumatına görə , bu barədə Pakistan silahlı qüvvələrinin Xidmətlərarası İctimai Əlaqələr (ISPR) üzrə nümayəndəsi bildirib.

Məlumatı TASS verib. 

O, düşməni “qorxaq və zəif” adlandırıb və Hindistanın hücum zamanı Pakistanın həyati əhəmiyyətli su ehtiyatlarına zərər vurmağa çalışdığını iddia edib.

Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, mayın 7-nə keçən gecə silahlı qüvvələr “Sindur” əməliyyatına başlayıb və Pakistanda 9 hədəfə zərbələr endirib.

Pakistanın Baş naziri Şahbaz Şərif bildirib ki, ölkə cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Pakistan Silahlı Qüvvələrinin məlumatına görə, mayın 7-nə keçən gecə Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 5 qırıcı - MiQ-29, Su-30 və üç Rafale vurulub.

P.ƏMİRCANOV
XQ

Избранный
0
xalqqazeti.az

1Источники