“Sabah” Azərbaycan Basketbol Liqasının final mərhələsinin üçüncü oyununda “Neftçi”yə uduzub.
Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın baş məşqçisi Rimas Kurtinaytis məğlubiyyəti belə şərh edib:
“Oyuna çox pis başladıq. Hətta xal fərqinin 20-yə kimi yüksəldiyi zaman da oldu. Buna baxmayaraq faciə baş verməyib. Seriyada hesabda öndəyik. Final seriyasına layiq oyun oldu. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bir gündən bir oynadığımıza görə əlavə məşqlərə vaxtımız olmur. Futbolda olduğu kimi burada da vurmayana vurarlar prinsipi keçərlidir”.
“Sabah” ümumi hesabda 2:1 öndədir. 4-cü görüş mayın 8-də olacaq.