RU

BMT Baş katibi Hindistan və Pakistanı təmkinli olmağa çağırıb

BAKI, 7 may. TELEQRAF

BMT-nin Baş katibi Antonio Quterreş Hindistan və Pakistan arasında hərbi əməliyyatlarla bağlı çox narahat olduğunu bildirib və tərəfləri maksimum təmkinli olmağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.

"Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya tab gətirə bilməz", - bəyanatda bildirilir.

Избранный
0
teleqraf.com

1Источники