Tərəflər razılaşarsa, bank hesabı müqaviləsində dəyişikliklər edilə və ya yeni müqavilə bağlana bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Bank hesablarının açılması, aparılması və bağlanması Qaydasında əksini tapıb.
Bu dəyişikliklər, müəyyən hüquqi şəxslərin adı, təşkilati-hüquqi forması və ya tabeçiliyinin dəyişməsi ilə bağlı ola bilər. Dövlət orqanları, bələdiyyələr və hüquqi şəxslər üçün də eyni prosedur tətbiq olunur. Həmçinin, filiallar, nümayəndəliklər və digər struktur bölmələrində də ad və ya təşkilati-hüquqi formanın dəyişməsi halında müqavilə yenilənir. Fiziki şəxslər və fərdi sahibkarlar üçün də adı və soyadı dəyişdikdə müqaviləyə dəyişikliklər edilir. Bu dəyişikliklər müvafiq təsdiqedici sənədlər əsasında həyata keçirilir.