RU

«Trendyol»un çatdırma şirkəti - «UBER»Ə SATILDI

Amerikanın «Uber Technologies» şirkəti Türkiyənin «Trendyol Group» şirkətinin «Trendyol GO» çatdırılma xidmətinin 85 faizini alıb.

FED.az xəbər verir ki, alqı-satqının dəyəri təxminən 700 milyon dollar təşkil edir.

«Uber» şirkətinin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verdiyi açıqlamaya görə, lazımi icazələrin alınması şərti ilə əməliyyatın tamamlanması 2025-ci ilin ikinci yarısına planlaşdırılır.

Qeyd edək ki, 2024-cü ildə «Trendyol GO» şirkəti 2 milyard dollar dəyərində 200 milyondan çox çatdırılma sifarişi yerinə yetirib ki, bu da əvvəlki illə müqayisədə 1,5 dəfə çoxdur. Bu müqavilə nəticəsində «Uber»in Türkiyə bazarında payını artıracağı gözlənilir.

Xatırladaq ki, «Trendyol Go», Türkiyənin ən böyük elektron ticarət platformalarından biri olan «Trendyol Group»un bir hissəsi olan qida çatdırılması xidmətidir. «Trendyol Group»un nəzarət paketi Çin internet nəhəngi «Alibaba Group Holdinq»ə məxsusdur.

Избранный
0
fed.az

1Источники