Moskva meri Sergey Sobyanin paytaxta doğru hərəkət edən daha iki pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu hadisə ilə əlaqədar olaraq Moskvadakı Jukovski, Domodedovo və Vnukovo hava limanlarında, həmçinin Kalujadakı “Grabtsevo”, Tambovdakı “Donskoye” və Yaroslavldakı “Tunoshna” hava limanlarında təyyarələrin qəbulu və buraxılışı üzrə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bundan əvvəl isə Podolsk və Ramenskoye sakinləri Moskvaətrafı ərazilərdə partlayış səsləri eşitdiklərini bildiriblər.
Natiq Səlim,
KONKRET.az