RU

Husilər ağ bayraq qaldırdılar

ABŞ Prezidenti Donald Tramp husilərin döyüşü dayandırdığını elan etdiklərini açıqlayıb.

Publika.az xəbər verir ki, ABŞ Prezidenti bu barədə Kanadanın Baş naziri Mark Karni ilə görüşü zamanı jurnalistlərə deyib. O, bazar ertəsi gecəsi yaxşı xəbərlər aldığını bildirib.

“Husilər daha döyüşmək istəmədiklərini açıqladılar. Onlar sadəcə döyüşmək istəmirlər və biz bunu qəbul edəcəyik. Biz də bombalamağı dayandıracağıq. Onlar təslim oldular. Husilər deyirlər ki, daha gəmiləri partlatmayacaqlar. Bizim bu işi etməkdə məqsədimiz də elə bu idi”, - deyə Tramp əlavə edib.

Избранный
0
5
publika.az

6Источники