Kəskin bahalaşmanın səbəbləri nələrdir? Paytaxtın daha çox hansı rayonlarında qiymət artımları gözə çarpır?
Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, mənzil bazarında baş verən qiymət artımının əsas səbəblərindən biri təklifin məhdudlaşması ilə bağlıdır:
“Paytaxtda sərbəst torpaq sahələrinin azalması yeni layihələrin reallaşdırılmasını çətinləşdirir. Xüsusilə mərkəzi və prestijli rayonlarda bu məhdudiyyət daha çox hiss olunur. Eyni zamanda paytaxt əhalisinin artması, regionlardan köç axınının güclənməsi və xarici vətəndaşların daşınmaz əmlaka marağı tələbatın yüksəlməsinə səbəb olub. Rusiya, Orta Asiya və Yaxın Şərqdən gələnlərin aktiv iştirakı bu prosesdə mühüm rol oynayır. Tikinti materiallarının – sement, armatur, bitum və sair beynəlxalq bazarlarda bahalaşması da qiymət artımının səbəblərindən biridir”.
İqtisadçı bildirib ki, son illərdə Azərbaycanda daşınmaz əmlak sahəsi sərfəli investisiya aləti kimi qəbul edilir:
“Əhalinin böyük hissəsi pulunu mənzilə yatıraraq onu dəyər itkisindən qorumağa çalışır. Bu isə bazarda əlavə tələb formalaşdırır və qiymətləri artırır. Dövlətin ipoteka proqramlarını genişləndirməsi ilə daha çox insan mənzil ala bilir. Bu da bazara yeni alıcıların daxil olmasına şərait yaradır. Paralel olaraq, Bakı turizm potensialına görə, həm də qonaqlar üçün cəlbedici şəhərdir. “Airbnb” və digər gündəlik kirayə xidmətlərinə marağın artması bəzi rayonlarda mənzil qiymətlərinə təzyiqi artırıb. Mərkəzi rayonlarda bu amil xüsusilə nəzərə çarpacaq”.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bildirib ki, rəsmi göstəricilərə görə, 2021-2025-ci illər arasında ilkin mənzil bazarında 55 faiz qiymət artımı qeydə alınıb:
10Источники
-
azpost.infoBakının bu ərazilərində evlər kəskin bahalaşacaq – QİYMƏTLƏR ( 17063363)
-
hit.azBakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR ( 17061512)
-
milliyol.azBakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR ( 17061059)
-
bizim.mediaBakının bu ərazilərində evlər kəskin bahalaşacaq – Qiymətlər ( 17057387)
-
valyuta.azBakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR ( 17057099)
-
paralel.azBakının bu ərazilərində evlər kəskin bahalaşacaq - Qiymətlər ( 17050433)
-
hakimiyyet.azBakının bu ərazilərində evlər kəskin bahalaşacaq - Qiymətlər ( 17050424)
-
olke.azBakının bu ərazilərində evlər kəskin bahalaşacaq - Qiymətlər ( 17050211)
-
sfera.azBakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR ( 17050076)
-
demokrat.azBakının bu ərazilərində evlər kəskin bahalaşacaq — QİYMƏTLƏR ( 17049740)