RU

Ankaradan İsrailin Qəzzaya hücumlarına etiraz

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qəzza zolağlna hücumlarına reaksiya verib.

Teleqraf "Hürriyət"ə istinadən xəbər verir ki, açıqlamada Netanyahu hökumətinin Qəzzanın işğalını genişləndirmək barədə son qərarının onun ekspansionist və dağıdıcı zehniyyətinin təzahürü kimi qiymətləndirilir: "İsrail bütün regionu hərtərəfli münaqişəyə sürükləmək məqsədi daşıyan məsuliyyətsiz hərəkətlərinə son qoymalıdır. İsrailin Suriya, Livan və Yəmən də daxil olmaqla region ölkələrinə hücumları sülh və sabitliyi təhdid edir. Netanyahu hökumətinin Qəzzanı işğalını genişləndirmək qərarı da eyni ekspansionist və dağıdıcı zehniyyətin təzahürüdür. Beynəlxalq ictimaiyyətin İsrailin təcavüzünə qarşı səssiz qalmaması və qətiyyətli mövqe tutması təkcə regional deyil, qlobal sülh üçün lazımdır. Türkiyə region ölkələri və beynəlxalq ictimaiyyətlə həmrəy olaraq Yaxın Şərqdə sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirir".

Избранный
0
teleqraf.com

1Источники