ABŞ prezidenti Donald Tramp üçtərəfli ABŞ-Kanada-Meksika Azad Ticarət Sazişinin (USMCA) ləğv edilməsi imkanını istisna etməyib.
APA xəbər verir ki, Tramp bunu Ağ Evdə Kanadanın baş naziri Mark Karni ilə görüşündən əvvəl deyib.
"USMCA bütün ölkələr üçün yaxşıdır. Onu tənzimləmək və ya ona son qoymaq üçün təxminən bir il danışıqlarımız olacaq. Əgər bu, ümumiyyətlə, lazımdırsa biz USMCA-nın məzmunu ilə bağlı yenidən danışıqlara başlaya bilərik. Bunun indi lazım olduğuna isə əmin deyiləm", - Tramp əlavə edib.