RU

Bakıda törədilən qətlin bəzi təfərrüatları məlum olubVİDEO

Bakıda 32 yaşlı qadın yaşadığı evdə qətlə yetirilib. Şübhəli kimi qayınatası saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət ötən gün paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Rayon hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, Nərimanov küçəsi 62 ünvanında evin gəlini Dürdanə Əliyeva aldığı xəsarətdən ölüb.

Qadının meyiti müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb.

Gəlinini öldürməkdə şübhəli bilinən Ağəli Əliyevin əmisioğlu Kazım Əliyev hadisənin bəzi təfərrüatını “Xəzər Xəbər”ə danışıb. 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Ağaəli Əliyev barəsində cinayət işi başlanıb, istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
0
2
xezerxeber.az

3Источники