RU

İlham Əliyev: "Vyetnamla mədəni əlaqələr müxtəlif təşəbbüslər vasitəsilə inkişaf etməkdədir"

"Ölkələrimiz arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir".

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Vietnam News Agency" agentliyinə müsahibəsində bildirib.

Dövlətimizin başçısı qeyd edib: "Məsələn, 2024-cü ildə Bakıda sizin əsgərlərin Vyetnam müharibəsində qəhrəmanlığına həsr edilmiş "Əfsanə yaradanlar" filminin nümayişi oldu. Həmin il paytaxtımızda Vyetnam Lideri Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Vyetnam Günləri keçirildi".

Избранный
0
24
publika.az

10Источники