RU

Qaradağda təkər tullantıları yanıb

Bakı şəhəri, Qaradağ rayonunda təkər tullantıları yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva "Report"a bildirib ki, yanğın ƏIət-Astara magistral yolunun Qaradağ rayonundan keçən hissəsinin yaxınlığındakı qamışlıq deyilən ərazidə qeydə alınıb:
"Ciddi bir şey yoxdur, orada olan təkər tullantıları yanıb. Əraziyə yanğınsöndürən maşınlar cəlb olunub. Hazırda yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan yoxdur

www.anews.az
Избранный
0
anews.az

1Источники