“Yüksək dəqiqlikli komplekslər” holdinqi “Depeşa” robot sistemlərinin partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
Herbiand.az bildirir ki, bu barədə holdinq Telegram-da məlumat yayıb.
Tırtıllı şassidə olan avtomobil saatda 15 kilometrə qədər sürət yığa bilir və 100 kiloqrama qədər olan yükləri daşıya bilir. Yüngül və davamlı materiallardan hazırlanmış kompleksi yolsuzluq avtomobilinin baqajında daşımaq olar. Robot uzaqdan idarəetmə vasitəsi ilə idarə olunur və cihazın kameralarından görüntü VR eynəklərinə və ya monitora göndərilir.
“Müdaxiləyə davamlı məlumat ötürülməsini təmin etmək üçün robot platforma “Depeşa”nın bütün əsas texniki xarakteristikaları saxlanılmaqla, simli fiber-optik rabitə xətti ilə təchiz oluna bilər”, - deyə məlumatda bildirilir.
Bəxtiyar CƏFƏRLİ