RU

“Kredit borcunuzu vaxtından əvvəl ödəsəniz, bunları mütləq bilməlisiniz, əks halda…” – TÖVSİYƏ

“Azərbaycanda vətəndaşların banklardan və ya bank olmayan təşkilatlardan götürdükləri kreditləri vaxtından əvvəl ödəməsi ilə bağlı qanunvericilik müxtəlif tənzimləmələr müəyyən edir. Bu məsələ birbaşa olaraq Mülki Məcəllə və Azərbaycan Mərkəzi Bankının tələbləri ilə tənzimlənir”.

Bu fikirləri iqtisadçı Kənan Quluzadə KONKRET.az-a açıqlamasında səsləndirib:

“Belə ki, istehlak kreditləri üzrə borcun vaxtından əvvəl ödənilməsi zamanı borcalandan əlavə faiz və ya cərimə tutulması qanunla qadağandır. Əgər belə ödənişlər tələb olunursa, bu, yalnız əvvəlcədən kredit müqaviləsində qeyd olunan komissiya və ya digər öhdəliklər şəklində ola bilər. Məsələn, müqavilədə borcun vaxtından əvvəl bağlanması halında müəyyən məbləğdə komissiya tutulacağının göstərilməsi mümkündür. Bu hallar istisna olmaqla, borcu əvvəlcədən ödəyən müştəriyə əlavə faiz və ya cərimə tətbiq edilə bilməz”.

İqtisadçı Yekun olaraq qeyd edir ki, istehlak krediti üzrə borcun vaxtından əvvəl ödənilməsi zamanı borcalandan əlavə faiz və ya cərimə tutulması, müəyyən qanuni istisnalar xaric qəti qadağandır.

Aynurə İsmayıl

KONKRET.az

Избранный
0
konkret.az

1Источники