RU

Qadın ərinin illərdir saxladığı sirrə görə dünyasını dəyişdi

ABŞ-da xərçəng xəstəliyinə tutulduğunu düşünən Denise Brodi adlı qadın ərinin saxladığı sirr səbəbilə həyatını itirib.

Publika.az xəbər verir ki, 65 yaşlı Denisenin ölüm səbəbi HİV/AİDS (QİÇS) olub.

Belə ki, onun həyat yoldaşı Klivlend Brodi 2006-cı ildən bəri HİV virusu daşıyıb. Lakin bu gerçəyi Denisedən gizlədib.

Denise daha əvvəl 3 dəfə xərçəng xəstəliyinə yoluxduğu üçün ölüm səbəbinin də bu olduğu düşünülüb. Lakin həyat yoldaşının gizlətdiyi HİV dərmanları Denisenin ölümünün əsl səbəbini üzə çıxarıb.

Bu səbəbdən Klivlend Brodiyə qarşı qəsdən adam öldürməyə görə cinayət işi açılıb.

Избранный
0
5
publika.az

6Источники