RU

Məşhur aktrisanın 21 milyon dollarlıq evində girən şəxs saxlanıldı

Hollivud ulduzu Cennifer Enistonun Los-Ancelesdəki 21 milyon dollarlıq malikanəsinə girməyə çalışan şəxs saxlanılıb. 

BAKU.WS xəbər verir ki, "Daily Mail"in yaydığı məlumata əsasən, 70 yaşlı naməlum şəxs maşını ilə aktrisanın villasına zorla girmək istəyib. 

Cennifer hadisə zamanı evdə olub.

"TMZ"nin yaydığı məlumata görə, aktrisanın mühfizəçiləri Los Anceles polis əməkdaşları gəlmədən silah gücü ilə həmin adamı tutublar. 

Daha sonra isə 70 yaşlı şəxs polisə təhvil verilib. 

Enistonun sözügedən villasının görüntülərini təqdim edirik:

Избранный
0
far.az

1Источники