Argentina millisinin sabiq futbolçusu, DÇ-1978-in qalibi Luis Qalvan dünyasını dəyişib.
QOL.az xəbər verir ki, o, 78 yaşında vəfat edib. Məlumatı Argentina Futbol Federasiyası da təsdiqləyib.
Qalvan "Talleres de Kordoba" klubunun yetirməsidir. O, karyerasının böyük hissəsini bu komandada keçirib. L.Qalvan həmçinin "Loma Neqra", "Belqrano" və "Bolivar" klublarının da formasını geyinib.
O, 1975-1983-cü illər arasında Argentina millisinin heyətində 34 oyun keçirib və komanda ilə DÇ-1978-in qalibi olub.