RU

Yeni təyin edilən nazir kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsinə təyin olunub.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, Kazım Hüseynəliyev 1987-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə başa vurub.

Ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında “Menecment və strateji idarəetmə” ixtisası üzrə alıb. 2012-ci ildən etibarən əmək fəaliyyətinə başlayıb.

Əmək fəaliyyəti dövründə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə çalışıb – aparıcı məsləhətçi, sektor müdiri və şöbə müdiri olub.

2024-cü ildə dövlət xidmətindəki səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Избранный
0
26
konkret.az

10Источники