PSJ-nin baş məşqçisi Luis Enrike "Arsenal"la ötən görüşdə zədələnən Usman Dembelenin son durumu barədə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis 27 yaşlı hücumçunun sabahkı görüşdə oynaya biləcəyini söyləyib.

Dembele cari mövsüm Paris təmsilçisinin ən məhsuldar oyunçusudur. O, 45 oyunda 33 qol vurmağı bacarıb.

Əlavə edək ki, PSJ - Arsenal matçı sabah Bakı vaxtı ilə 23:00-da start görüşəcək. İlk qarşılaşma Luis Enrikenin yetirmələrinin minimal üstünlüyü ilə başa çatıb - 1:0.