RU

Daha bir partiyaya ayrılan vəsait dayandırılıb - "Təqdimatı da düzgün verməliyik"

AĞ Partiyaya ayrılan dövlət vəsaiti dayandırılıb.

Mia.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında partiya sözçüsü Cavanşir Abbaslı məlumat verib.

Onun sözlərinə görə, buna səbəb yeni qanunda olan çətinliklərdir: "Uyğunlaşma ilə bağlı bütün partiyalarda problem yaranıb. Gələn il yenidən yeni qanuna uyğun bütün prosedurları düzgün yerinə yetirməliyik, təqdimatı da düzgün verməliyik".

Qeyd edək ki, AĞ Partiyanın başqanı Tural Abbaslıdır.

Bundan əvvəl Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyasının da maliyyəsi eyni səbəbdən dayandırılıb.

Избранный
0
2
mia.az

4Источники