Rusiya Dövlət Duması Kiyevi 10, 50 və 500 rublluq əskinaslarda yerləşdirməyi təklif edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, deputat Sergey Mironov Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinaya təklif göndərib.
O, yenilənmiş əskinaslarda Odessa və Kiyevin təsvirlərinin yerləşdirilməsi təklifi göndərib.
Deputat hesab edir ki, layihə Böyük Vətən Müharibəsində qəhrəman şəhərlərin şücaətinə həsr olunmalıdır.
Xuraman Etibarlı
İnterpress.az