RU

Belarus Ağdama xüsusi təyinatlı nəqliyyat vasitəsi hədiyyə edib - FOTO

Belarus Ağdama kommunal xidmətlərdə fəaliyyət göstərəcək xüsusi təyinatlı nəqliyyat vasitəsi hədiyyə edib.

Day.Az xəbər verir ki, nəqliyyat vasitəsi Belarusun Baş naziri Aleksandr Turçinin Azərbaycanın Baş naziri Əli Əsədovla Ağdama səfəri çərçivəsində təqdim edilib.

Belə ki, Ağdam Sənaye Parkına keçirilən baxış zamanı Aleksandr Turçin Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə avtomobili təqdim edib.

Qeyd edək ki, Belarus Baş naziri Aleksandr Turçin Azərbaycanın Baş naziri Əli Əsədovla işğaldan azad edilmiş ərazilərə səfərdədir.

  • Belarus
  • Belarus
  • Belarus
  • Belarus
  • Belarus
  • Belarus
  • Belarus
  • Belarus
  • Belarus
  • Belarus
  • Belarus
  • Belarus
Избранный
0
1
day.az

2Источники