Türkiyə 2025-ci ilin birinci rübündə 8 milyon 844 min ziyarətçi qəbul edib.
"Report" xəbər verir ki, nəticə etibarilə üç ay ərzində turizmdən 9,5 milyard ABŞ dolları gəlir əldə edilib.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbulda keçirdiyi mətbuat konfransında bildirib ki, bu, ölkə tarixində birinci rüb üzrə rekord göstəricidir.
“BMT Turizm Təşkilatının məlumatlarına əsasən, Türkiyə 2024-cü ildə dünyanın dördüncü ən böyük turizm bazarına çevrildi. Keçən il üçün 60 milyon beynəlxalq ziyarətçi qəbul etməyi hədəfləmişdik, amma ili 62,2 milyonla başa vuraraq yeni rekorda imza atdıq. 2025-ci ilin sonu üçün hədəfimiz 65 milyon ziyarətçi qəbul etmək və 64 milyard ABŞ dolları həcmində turizm gəliri əldə etməkdir. Aprel və sonrakı dövrlər üçün gözləntilərimiz, həmçinin 2025-ci ilin ilk üç ayında turizm gəlirlərində müşahidə olunan 5,6%-lik artım bu hədəflərə çatacağımızı təsdiqləyir", -deyə nazir vurğulayıb.