Aprelin 26-da İranın Bəndər-Abbas limanında güclü partlayışa səbəb olan yanğının forkliftdən çıxan qığılcım nəticəsində baş verdiyi bildirilir.
"Cebheinfo.az" xəbər verir ki, İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivend Fars körfəzi sahilində Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında baş verən partlayışın mənbəyini açıqlayıb.
Limanda konteynerlərin qeyri-standart şəkildə yerləşdirildiyini, qida məhsulları ilə kimyəvi maddələrin yan-yana saxlandığını bildirən Kolivend deyib: "Ona görə də ilkin təsbitlər hadisənin diqqətsizlik və səhlənkarlıq nəticəsində baş verdiyi, təhlükəsizlik və peşə prinsiplərinə əməl edilməməsidir".
Kolivend yanğının səbəbi ilə bağlı bunları bildiriib: "Şəhid Recai Limanında baş verən yanğın forkliftdən çıxan qığılcımla başlayıb. Əgər orada yanğınsöndürən maşını olsaydı, yanğının və yayılmasının qarşısını asanlıqla ala bilərdi".
Aprelin 26-da günorta saatlarında İranın cənubunda Fars körfəzi sahilində yerləşən Şəhid Rəcai limanında şiddətli partlayış baş verib. Partlayış nəticəsində onlarla insan həyatını itirib.
İran hakimiyyəti 1200-ə yaxın insanın xəsarət alması ilə nəticələnən partlayışda təxribat törətdiyini təkzib edib. Daxili işlər naziri İsgəndər Mumini bildirib ki, partlayış "səhlənkarlıq" nəticəsində baş verib. Hadisə ilə bağlı "səhlənkarlıq və təqsirkar" olduqları müəyyən edildikdən sonra biri dövlət sektorundan, biri özəl sektordan olan iki menecer limanda saxlanılıb.