RU

Sorğu: Ermənilərin təxminən 86 % i Azərbaycanla sülh sazişi layihəsi ilə tanış olmaq istəyir

525.az saytına istinadən ain.az xəbər verir.

Ermənistan vətəndaşlarının təxminən 86 %-i hesab edir ki, Azərbaycanla sülh sazişi imzalanmazdan əvvəl onun layihəsi ilə tanış olmalıdırlar.

525.az “Report“ a istinadən xəbər verir ki, bunu “Gallup International Association”ın Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun nəticələri əks etdirir.

Respondentlərə belə bir sual verilib: "Vətəndaşlar Azərbaycanla sülh sazişi layihəsi imzalanmazdan əvvəl onun bəndləri ilə tanış olmalı və razılıq bildirməlidirlərmi?"

Nümayəndəliyin rəhbəri Aram Navasardyan bildirib ki, 73 % "birmənalı şəkildə bəli", daha 13,1 % isə "yəqin ki, bəli" cavabını verib. Beləliklə, sorğuda iştirak edənlərin təxminən 86 %-i sənədlə əvvəlcədən tanış olmağın tərəfdarı olub. 5,3 % ("yəqin ki, xeyr") və 6,5 % ("qəti şəkildə xeyr") bu ideyanın əleyhinə olub. Sorğu iştirakçılarının 2,1 %-i cavab verməkdə çətinlik çəkib. 

Sorğu 29 aprel - 2 may tarixlərində 1101 respondent arasında keçirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
0
2
icma.az

3Источники