RU

Peskov: İrəli sürülən may atəşkəsi hələ də aktuallığını qoruyur

BAKI, 6 may. TELEQRAF

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki,Vladimir Putinin may ayında atəşkəs elan olunması ilə bağlı təşəbbüsü hələ də qüvvədədir və aktuallığını saxlayır.

Teleqraf xəbər verir ki, o, bu barədə Kremlin jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.

Peskov qeyd edib ki, Ukrayna tərəfinin hələlik bu təşəbbüsə rəsmi cavab verməməsinə baxmayaraq, atəşkəslə bağlı təklif qüvvədə qalır.

“V. Putinin təşəbbüsü aktuallığını qoruyur. Təəssüf ki, hələlik Kiyev tərəfindən heç bir reaksiya yoxdur,” - Peskov vurğulayıb.

Qeyd edək ki, Prezident Vladimir Putin Qələbə günü münasibətiylə mayın 8-dən 11-dəkmüvəqqəti atəşkəs elan olunması ilə bağlı təşəbbüs irəli sürmüşdü.

Избранный
0
teleqraf.com

1Источники