RU

İranda limanda partlayışın səbəbi bilinib

İranda

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivend Fars körfəzi sahilində Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında baş verən partlayışın mənbəyini açıqlayıb.

Limanda konteynerlərin qeyri-standart şəkildə yerləşdirildiyini, qida məhsulları ilə kimyəvi maddələrin yan-yana saxlandığını bildirən Kolivend, "Ona görə də ilkin təsbitlər hadisənin diqqətsizlik və səhlənkarlıqdan qaynaqlandığı, təhlükəsizlik və peşə prinsiplərinə əməl edilməməsi yönündədir" deyib.

Xalqcəbhəsi.az “Anadolu” Agentliyinə istinadla bildirir ki, Kolivend yanğının səbəbi ilə bağlı deyib: "Şəhid Recai Limanında baş verən yanğın forkliftdən çıxan qığılcımla başlayıb. Əgər orada yanğınsöndürən maşını olsaydı, yanğının və yayılmasının qarşısını asanlıqla ala bilərdi".

Qeyd edək ki, aprelin 26-da günorta saatlarında İranın cənubunda Fars körfəzi sahilində yerləşən Şəhid Rəcai limanında şiddətli partlayış baş verib. Partlayış nəticəsində onlarla insan həyatını itirib.

Səlahiyyətlilər 1200-ə yaxın insanın xəsarət alması ilə nəticələnən partlayışda təxribat törətdildiyini təkzib edib. Daxili işlər naziri İsgəndər Mumini bildirib ki, partlayış səhlənkarlıq nəticəsində baş verib. Limanda çalışan biri dövlət sektorundan, biri özəl sektordan olan iki menecer hadisə ilə bağlı "səhlənkarlıq və təqsir" aşkarlandıqdan sonra saxlanılıb.

Избранный
0
2
xalqcebhesi.az

5Источники