RU

"Haber Global" CHP sədrinə hücum edən şəxsin ifadəsini yayımlayıb

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə hücum edən şəxsin hadisədən bir neçə saat əvvəl qeydə alınmış görüntüsü və istintaqa verdiyi ilkin ifadə üzə çıxıb.

Oxu.Az bu barədə "Haber Global"a istinadən məlumat verir.

66 yaşlı Qaziantep sakini Selçuk Tengioğlu istintaqa bildirib ki, o, pulsuz yemək kartı almaq üçün CHP-nin qərargahına yaxınlaşıb, lakin partiya mənsubları ona biganə münasibət göstəriblər.

"Bu mənim qəzəbimə səbəb oldu, hirsimi içimdə saxlamışdım. Özgür Özelə hücum etmək kimi niyyətim yox idi, lakin onu görəndə əsəblərimə hakim ola bilmədim", - deyə S.Tengioğlu bildirib.

Lakin S.Tengioğlunun hadisədən bir gün əvvəl İstanbulun Beyoğlu rayonunda hoteldə gecələdiyi məlum olub. O, hoteldə səhər yeməyi yeyib, işçilərdən biri ilə söhbət edib. Bunu sübut edən görüntülər müşahidə kamerası tərəfindən qeydə alınıb.

Xatırladaq ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri ötən gün Türkiyə parlamentinin sədr müavini Sırrı Süreyya Önderin dəfn mərasimində hücuma məruz qalıb. S.Tengioğlu CHP sədrinin başına zərbə endirib.

"Cebheinfo.az" 

Избранный
0
1
cebheinfo.az

2Источники