RU

İnvestisiya şirkətlərinin səhmlərinin dövriyyələrinin həcmi üzrə RENKİNQİ - YANVAR-APREL/2025

Bakı Fond Birjası 2025-ci ilin yanvar-aprel ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin səhm dövriyyəsi üzrə göstəricilərini açıqlayıb.

Finss.az xəbər verir ki, təqdim olunan statistikaya əsasən, bu dövrdə səhm əməliyyatları üzrə ən yüksək dövriyyə göstəricisi ilə "ABB İnvest İnvestisiya Şirkəti" QSC birinci pilləyə yüksəlib. Şirkətin səhm bazarında dövriyyəsi 6 milyon 199 min 28 manat təşkil edib.

İkinci yerdə isə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC qərarlaşıb – şirkətin ümumi səhm dövriyyəsi 4 milyon 449 min 530 manat olub. Üçüncü yerdə Troni İnvestisiya Şirkəti QSC qərarlaşıb – bu şirkət 1 milyon 613 min 95 manatlıq əməliyyatla fərqlənib.

Əməliyyat həyata keçirən digər şirkətlər arasında sonuncu yerdə 30 milyon 704 manatlıq dövriyyə ilə CPM-İnvest İnvestisiya Şirkəti QSC yer alıb.

Bəzi şirkətlər, o cümlədən “Xalq Kapital”, “Capital Partners”, “PSG Kapital” və “MFX Trading” bu dövrdə səhm əməliyyatları aparmayıb və ya bu barədə məlumat təqdim etməyib.

Fins.az BFB-yə istinadən investisiya şirkətlərinin səhmlərinin dövriyyələrinin həcminə görə renkinqi təqdim edir:

Fuad Mədətov
Finss.az

Избранный
0
fins.az

1Источники