RU

"Mançester Yunayted" serbiyalı qapıçını yenidən transfer etmək istəyir

Bakı, 6 may, AZƏRTAC

İngiltərənin "Mançester Yunayted" klubu Serbiya millisinin qapıçısı Vanya Milinkoviç-Saviçlə maraqlanır.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, artıq tərəflər arasında ilkin danışıqlar baş tutub.

Hazırda İtaliyanın “Torino” komandasında çıxış edən 28 yaşlı qolkiper 2014-2016-cı illərdə "qırmızı şeytanlar"ın formasını geyinib.

Qeyd edək ki, Vanya Milinkoviç-Saviç bu mövsüm bütün turnirlərdə 36 matçda meydana çıxıb. Oyunçunun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Избранный
0
azertag.az

1Источники