RU

Əhali Üçüncü Dünya müharibəsindən qorxur - SORĞU

ABŞ və bir sıra Avropa ölkələrinin əhalisi yaxın 5-10 il ərzində Üçüncü Dünya müharibəsinin başlaya biləcəyinə inanır.

Publika.az “The Guardian”a istinadla xəbər verir ki, bu barədə "YouGov" sorğu keçirib.

Nəticələrə görə, Fransa sakinlərinin ümumilikdə 55%-i belə bir münaqişənin ehtimalına çox inanır. Bununla yanaşı, İspaniya vətəndaşlarının 50, İtaliya əhalisinin 46 və amerikalıların 45 faizi də eyni fikirdədir.

Britaniya və Almaniyada respondentlərin 41%-i Üçüncü Dünya müharibəsinin başlanması ehtimalının olduğunu bildirib. Bu ölkələrdə bunu mümkünsüz hesab edənlərin nisbəti daha yüksəkdir - müvafiq olaraq 42 və 43 faiz.

Qeyd edilir ki, araşdırma nəticəsində məlum olub ki, insanların əksəriyyəti (68%-dən 76%-ə qədər) nüvə silahının yeni münaqişədə istifadə oluna biləcəyini deyib və ölkə əhalisinin 57%-dən 73%-ə qədəri də münaqişə nəticəsində insan itkilərinin sayının 1943-cü ildən 1945-ci ilə qədər olan dövrlə müqayisədə daha çox olacağını düşünür.

Избранный
0
publika.az

1Источники