RU

Xarkov şəhəri yenidən hücuma məruz qalıb

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya ordusu dronlarla Xarkova hücum edib, şəhərdə dağıntılar baş verib. Reyting.az bildirir ki, Xarkov səhər tezdən Rusiya ordusunun 20-dən çox “Şahed” pilotsuz təyyarəsinin hücumuna məruz qalıb.Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Telegram kanalının məlumatına görə, ruslar səhər tezdən Xarkova kütləvi hücuma keçib. Şəhərin Şevçenkivski, Kiyevski, Xolodnohirski və Sənaye rayonlarında dağıntılar və uçma halları qeydə alınıb.İlkin məlumatlara görə, hücum nəticəsində 4 nəfər yaralanıb.Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov deyib ki, səhər tezdən rusların “Şahed” tipli 20 PUA-sı bir neçə dalğa ilə Xarkova hücum edib. Kütləvi hücum iki saatdan çox davam edib və zərbələrin baş verdiyi yerlərdə yanğınlar başlayıb.E. KAMAL

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
0
1
icma.az

2Источники