RU

Araz Dəhlizi İran üçün həm siyasi, həm də iqtisadi dividendlər gətirəcək– ÖZƏL

"Son bir ildə İranla Azərbaycan arasında münasibətlər istiləşməkdədir. İran Prezidenti Pezeşkianın Azərbaycana səfəri zamanı tərəflərin bir çox məsələdə ortaq mövqedə olduğu bir daha özünü göstərdi. Səfər zamanı kifayət qədər konstruktiv müzakirələr aparıldı və müxtəlif sənədlər imzalandı. Bu sənədlər arasında Araz Dəhlizi ilə bağlı razılaşma xüsusi əhəmiyyət daşıyır".

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Uzun müddət Ermənistanın Zəngəzur dəhlizinin açılmasına mane olan ölkələrdən biri İran idi. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan hər iki dəhlizin - həm Araz, həm də Zəngəzur dəhlizlərinin - işlək vəziyyətə gətirilməsində maraqlıdır.

Bu, Azərbaycanın nəqliyyat və daşımalarla bağlı siyasətini şaxələndirmək baxımından vacibdir. Şaxələndirmə riskləri azaldır. Bəzi ölkələr, xüsusilə ABŞ, bu cür əlaqələrin İran üzərindən qurulmasını istəmir. Amma bu o demək deyil ki, başqalarının istəmədiyi bir məsələ reallaşmamalıdır. Əgər İran öz maraqlarını təmin etmək istəyirsə, Araz Dəhlizi boyunca ona düşən işləri vaxtında və keyfiyyətlə yerinə yetirməlidir.

Bu məsələ İranın göstərəcəyi siyasi iradədən asılı olacaq. Araz Dəhlizi işə düşərsə, İran həm siyasi, həm də iqtisadi baxımdan bundan ciddi dividendlər əldə edə bilər".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
0
olaylar.az

1Источники