RU

Nərimanovda qarajlar sökülür – Sakinlər isə şikayətçidir

Nərimanov rayonunda bir qrup sakin binalarına yaxın ərazidə tikinti işləri aparan şirkətdən narazıdır. Onların sözlərinə görə, tikinti şirkəti vətəndaşların həyətini hasarlayıb.

Milli.Az xəbər verir ki, sakinlər öz həyətlərində rahatlıqla hərəkət etməyə çətinlik çəkirlər.

Sözügedən məsələ ilə bağlı tikinti şirkətinin hüquqşünası Etibar Paşayev bildirib ki, ərazidəki işlər aiddiyatı qurumların icazəsi və rəsmi sənədlər əsasında həyata keçirilir:

“Həmin ərazidə olan sakinləri iddiaları əsassızdır. Gediş-gəliş yolunun bağlanmasından söhbət belə gedə bilməz. Mövcud şəhərsalma və tikinti qaydalarına tam əməl edilməklə ərazidə tikinti işləri həyata keçirilməkdədir. Ərazidə abadlaşdırma işlərinin aparılmasıl gələcəkdə planlaşdırılır”.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, həmin əraziyə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən baxış keçirilib və iddiaların əsassız olduğu müəyyən edilib. Həmin ərazidə tikinti şirkətinə ayrılan torpaq sahəsində köhnə dəmir qarajların razılaşmış şəkildə köçürülməsi işlərinə başlanılacaq.

Избранный
0
8
editor.az

9Источники