RU

“Antidopinq Agentliyi bunu etməklə nə əldə edir?” - Elçin Cəfərov DANIŞDI

“Dopinqə yol verən idmançılar səhv yoldadır”. Bunu SİA-ya açıqlamasında yunan-Roma güləşi üzrə millinin sabiq baş məşqçisi Elçin Cəfərov deyib.

O bildirib ki, bütün dünyada idmançıların dopinqdən istifadəsinə qarşı müəyyən tədbirlər görülür: “Burada əsas məqsəd idman qaydalarını pozan şəxslərin idmandan uzaqlaşdırılmasıdır. Təbii ki, bu hamıya aid deyil. Bununla bağlı müəyyən təbliğat aparılmalıdır. Düşünürəm ki, idmançılar bunu bilə-bilə həyata keçirmir”.

Cəfərov bildirib ki, ölkə daxilində fəaliyyət göstərən Antidopinq Agentliyi digərlərinə nəzərən daha çox qabarıq şəkildə hər şeyi biruzə verir: “Xarici ölkələrdə olan bu agentlik heç bu qədər öz idmançılarının adını hallandırmır. Əksinə idmançısına dəstək olur, onu müalicə edir və yenidən idmana qaytarırlar. Amma bu proses bizdə yoxdur. Həmin dəqiqə 8-10 il cəzalar verirlər. Bu nəyə kömək edir və ya nəyi dəyişir? Bu təşkilat yerli idman ictimaiyyətinə kömək olmalıdır. Bizdə Antidopinq Agentliyi ilə işləyən savadlı həkimlər olmalıdır”.

Müəllif: Banuçiçək Hüseynli
Избранный
0
1
sia.az

2Источники