RU

Orta dəhliz Mərkəzi Asiyanın zəngin resurslarından səmərəli istifadə üçün imkanlar açır - Ləzizə Sabırova

Milan. Trend:

Orta dəhliz Mərkəzi Asiyanın zəngin resurslarından səmərəliistifadə üçün imkanlar açır.

Trend-in Milanaezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Asiya İnkişafBankının Mərkəzi və Qərbi Asiya Departamentinin Regional Əməkdaşlıqvə əməliyyatların əlaqələndirilməsi şöbəsinin direktoru LəzizəSabırova AİB-nin 58-ci illik iclası çərçivəsində keçirilən“Trans-Xəzər əlaqəliliyi: Nəqliyyat və enerji dəhlizlərininpotensialının açılması” forumunda çıxışı zamanı bildirib.

“CAREC proqramı çərçivəsində bizdə altı dəhliz var və Ortadəhliz əhəmiyyətli dərəcədə CAREC Corridor 2 kriteriyalarına uyğungəlir. Onun əhəmiyyəti, sözsüz ki, artıb – o Şərqlə Qərb arasındaalternativ marşrutdur və artıq bu istiqamətdə böyük işlər görülüb,çoxsaylı tədqiqatlar aparılıb”, – deyə o qeyd edib.

Sabırovanın sözlərinə görə, bu gün enerji ilə bağlı olmayanxarici ticarət axınlarının yalnız 10 faizi sözügedən dəhlizdənkeçir.

“Aydın məsələdir ki, bu onun həqiqi potensialından əhəmiyyətlidərəcədə azdır. Orta dəhliz Mərkəzi Asiyanın zəngin təbiiresurslarından istifadə və Regionun həm regional həm də qlobaləlaqə zəncirinə daha yaxşı inteqrasiyası üçün (yeni) imkanlaraçır”, -deyə o əlavə edib.

Məqalədə:
Избранный
0
az.trend.az

1Источники