RU

Simonyan səfirlə görüşdən sonra dəyişdi – Ona nə çatdırılıb?

"Dünən Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdəki çıxışı zamanı daha bir anti-Rusiya bəyanatı səsləndirib. O, Moskvanın ölkəsinə qarşı gizli müharibə apardığını, vaxtaşırı bu istiqamətdə xaricdən maliyyələrin aktivləşdirildiyini deyib. Tədbirdə iştirakçılar arasında erməni soyadlı rusiyalı ekspertlər də olub".

Olaylar.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

Bildirilib ki, Simonyan sözügedən bəyanatı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşdən dərhal sonra verib:

"Maraqlıdır, Kopırkin Simonyana nə çatdırıb ki, onun son vaxtlar  yumşaltdığı anti-Rusiya ritorikası sərtləşib. Görüşlə bağlı cüzi rəsmi məlumat var. Amma həmsöhbətlərin müzakirələrində ikitərəfli, eləcə də parlamentlərarası əlaqələrlə bağlı mövzular ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, Rusiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana gözlənilən rəsmi səfəri də gündəmdə olub".

Xatırladaq ki, Matviyenkonun səfəri ötən ilin sonunda gözlənilsə də, naməlum səbəblərdən təxirə salınmışdı. Son məlumatlara görə, o, iyunda Ermənistana gələcək. (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
0
1
olaylar.az

2Источники