RU

Gürcüstanda iş adamına silahlı hücum oldu

TBİLİSİ, 6 may. TELEQRAF

Gürcüstanın Qurcaani rayonunda iş adamı Nikoloz Qetiaşvili avtomatik silahla vurulub.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hadisə ötən gecə baş verib. N.Qetiaşvili xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir.

İnsidentin səbəbi hələ məlum deyil.

Qeyd edək ki, N.Getiaşvili bir neçə iri ticarət obyektinin sahibidir. O, Qurcaani merinin keçmiş müavinidir.

Избранный
0
teleqraf.com

1Источники