RU

“Critical Infrastructure Defence Challenge 2025" tədbiri və uduşu 30.000 manat dəyrində mükafat » AzadMedia.az


9-10 oktyabr 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təşkil olunan “Critical Infrastructure Defense Challenge 2025” (CIDC-2025) tədbiri keçiriləcəkdir. İki il əvvəl ilk dəfə təşkil olunmuş bu formatdakı tədbir kimi, CIDC-2025 də dövlət qurumlarının nümayəndələrini, sahə üzrə qabaqcıl ekspertləri və tələbələri bir araya gətirəcəkdir. Tədbirin əsas məqsədi kibertəhlükəsizlik sahəsində müasir tendensiyaların müzakirəsi, real problemlərin həlli və müasir çağrışlara cavab verən kibermüdafiə həllərinin nümayiş etdirilməsidir.

CIDC-2025 çərçivəsində “Ağıllı şəhərlərdə kibermüharibə” adlı təlim-məşqlər keçiriləcəkdir. Bu təlimlərin məqsədi virtual kritik informasiya sistemlərinin kibertəhdidlərə qarşı müdafiəsinin gücləndirilməsi və böhran vəziyyətlərində informasiya sistemlərinin idarə olunması üzrə praktiki bacarıqların artırılmasıdır. Təlimlər zamanı 3-5 nəfərlik komandalar öz virtual informasiya sistemlərini simulyasiya olunmuş kiberhücumlara qarşı müdafiə etməyə çalışacaqlar. Təlimlərin mükafat fondu 30.000 manat təşkil edəcəkdir.

Tədbir çərçivəsində həmçinin kibertəhlükəsizlik üzrə konfrans keçiriləcəkdir. Konfrans iştirakçıları qlobal kibermühitdə süni intellekt, “deepfake”, “Zero Trust” kimi yeni texnologiyaların tətbiqi, real insidentlərin təhlili, informasiya təhlükəsizliyi bazarının inkişaf perspektivləri və s. kimi kiberməkanda mövcud problemlərlə bağlı təqdimat və panel müzakirələrdə iştirak edəcək, eləcə də ekspertlərdən real tövsiyələr əldə edəcəklər.

Bundan əlavə, tədbir çərçivəsində “Hack The Future 2” adlı pulsuz təlim proqramı təşkil olunacaqdır. Bu proqram çərçivəsində müxtəlif yaş və bilik səviyyələri nəzərə alınaraq, tətbirin iştirakçıları üçün kibertəhlükəsizlik sahəsində altı pulsuz ustad dərsi keçiriləcəkdir.

Tədbir haqqında ətraflı məlumatı əldə etmək və iştirakçı qismində qeydiyyatdan keçmək üçün “CİDC 2025” tədbirinin saytına (https://cidc.gov.az) müraciət edə bilərsiniz.
Избранный
0
9
azadmedia.az

10Источники