RU

Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi artıb

Finss.az - Bu ilin yanvar-mart aylarında Azərbaycan ilə Macarıstan arasında ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq 14,5 milyon ABŞ dollarını ötüb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Rəqəmlər göstərir ki, cari ilin ilk rübündə Azərbaycandan Macarıstana ixrac 1,1 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 36,2 faiz artım deməkdir. Eyni zamanda, Macarıstandan Azərbaycana idxal 13,4 milyon dollara bərabər olub – bu isə illik müqayisədə 10 faiz artımı əks etdirir.

Ümumilikdə, 2025-ci ilin ilk üç ayında Macarıstan ilə aparılan ticarət əməliyyatları Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 0,12 faizini təşkil edib.

Избранный
0
fins.az

1Источники