Bakı, 6 may, AZƏRTAC
Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində bu gün start götürəcək 6-cı “Fazza Dubay” turnirində iştirak edəcək.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, idmançı SU5 kateqoriyasında mübarizə aparacaq.
Yarışa aprelin 11-də yekun vurulacaq.