RU

I siniflərin rus bölməsi üzrə müsahibəyə yazılma prosesi aktivləşib

6 may saat 11:00-dan etibarən 2025–2026-cı tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə rus bölməsi üzrə müsahibəyə yazılma prosesi aktivləşib.

Bu barədə AzEdu.az-a MÜTDA-dan məlumat verilib.

 Bildirilib ki, müsahibə mərhələsi isə 12–31 may tarixlərini əhatə edəcək.

Qeyd edək ki, saat 15:00-dan ümumi təhsil müəssisələrinin birinci siniflərinə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi prosesinə başlanılacaq.

Valideynlərə müəyyən olunmuş tarixlər çərçivəsində qeydiyyat, seçim və müsahibə mərhələlərini diqqətlə izləmələri tövsiyə olunur.

Избранный
0
6
azedu.az

7Источники