RU

Rus səfir: Qarabağın, Laçının təbiəti məni heyrətləndirdi

“İlk dəfə Qarabağda 2023-cü ildə Füzuli rayonunda olmuşam. Azərbaycan Prezident Adminstrasiyasının təşkilatçılığı ilə gözəl səfərlər təşkil edilir. Orada yeni hava limanı, gözəl şəhər və məktəb tikilib. Məktəbi Özbəkistan tərəfi tikərək Azərbaycan tərəfinə hədiyyə edib”.

Ölkə.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Evdokimov “Livetv.az”a müsahibəsində deyib.

Diplomat ikinci dəfə Qarabağa 2024-cü ilin iyununda Polad Bülbüloğlunun dəvəti ilə Şuşaya səfər edib. “Orada yeni salınan  gözəl şəhərlə və yolla tanış oldum. Xankəndidə də oldum. "Mən Xankəndidə sülhməramlıların iştirakı ilə orada olmuşam, azad ediləndən sonra şəhərin həm köhnə, həm də artıq bərpa olunmuş hissəsini gördüm”, - o vurğulayıb.

Rus şirkətlərinin Qarabağın bərpasına iştirakda maraqlı olduğunu qeyd edən səfir bildirib ki, 24 rus şirkəti Qarabağın yenidən qurulmasında iştiraka fəal maraq göstərirlər. “İlk olaraq bizim KAMAZ Qarabağa gəlib və burada birgə xidmət servisi yaradıblar. Bundan başqa Qarabağda Həştərxan vilayəti uşaq bağçası tikir və yayda azərbaycanlı uşaqlara hədiyyə ediləcəyi nəzərdə tutulur”, - diplomat qeyd edib. 

Qarabağ barədə təəssüratını bölüşən Rusiyanın səfiri Yevdokimov deyib: "Qarabağın təbiəti məni sadəcə heyrətə gətirdi. Sonuncu dəfə Azərbaycan Respublikası Prezident Adminstrasiyasının təşkilatçılığı ilə Laçın rayonunda oldum. Xüsusilə Laçının heyrətləndirici və valehedici təbiəti, çayları var. Bu, həqiqətən də gözəl ekoloji rayondur. Orada gözəl şəhər və qəsəbə salınır", - səfir əlavə edib.

Mürtəza
Ölkə.az

Избранный
0
2
olke.az

3Источники