RU

Kreml bu gün paradda iştirak edəcək xarici qonaqların siyahısını açıqlayacaq

“Rusiya mayın 6-da qələbə paradında iştirak edəcək xarici qonaqların siyahısını açıqlayacaq”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə müsahibəsi zamanı məlumat verib.

Onun sözlərinə görə, Moskvada çox gərgin iş həftəsidir və Rusiya Prezidenti Vladimir Putin bu günlərə hazırlaşmağa davam edir.

Peskov qeyd edib ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bütün təfərrüatlar, gələn qonaqların tərkibi, dövlət başçısı ilə keçiriləcək danışıqlar və görüşlər barədə məlumat verəcək.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
0
1
missiya.az

2Источники