Rumıniya “UTA Arad” klubunun baş məşqçisi Mirça Rednik adının “Kəpəz”lə hallanmasına münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis klubla danışıqlar apardığını etiraf edib. O, “Maliyyə baxımından azərbaycanlılar məni razı saldılar. Amma biz hələ mövsümün sonunu gözləyirik” – deyə, açıqlama verib.
Daha əvvəl mətbuatda “Kəpəz”in rumıniyalı mütəxəssislə ilkin razılığa gəldiyi iddai edilirdi. 63 yaşlı mütəxəssis bir dönəm “Xəzər Lənkəran”ı çalışdırıb.