RU

Bürclər: Sevgi və Dostluq

Bürclər təkcə şəxsi xüsusiyyətlərimizi deyil, münasibətlərimizdəki uyğunluqları da müəyyən edə bilər. Astroloqların fikrincə, ulduzlar arasında qurulan harmoniyalar bizim dostluq və sevgi əlaqələrimizə təsir göstərir. Bəs hansı bürc kimlə dostluqda və sevgidə daha yaxşı uyğun gəlir?

Qoç (21 Mart – 19 Aprel)
Dostluqda uyğun: Şir, Oxatan, Dolça
Səmimi, enerjili və macərasevər dostluqlar qurur.

Sevgidə uyğun: Tərəzi, Şir, Oxatan
Ehtiraslı və dinamik münasibətlərə üstünlük verir.

Buğa (20 Aprel – 20 May)
Dostluqda uyğun: Qız, Oğlaq, Xərçəng
Sakit və sabit dostluqlar axtarır, etibarlı insanlarla yaxın olur.

Sevgidə uyğun: Əqrəb, Xərçəng, Qız
Romantik və sadiq münasibətlərə üstünlük verir.

Əkizlər (21 May – 20 İyun)
Dostluqda uyğun: Tərəzi, Dolça, Şir
Əyləncəli, maraqlı və intellektual dostluqları sevir.

Sevgidə uyğun: Oxatan, Tərəzi, Dolça
Söhbəti və sosiallığı ilə münasibətləri canlı saxlayır.

Xərçəng (21 İyun – 22 İyul)
Dostluqda uyğun: Balıqlar, Əqrəb, Buğa
Emosional dəstəyə və sədaqətə önəm verir.

Sevgidə uyğun: Oğlaq, Balıqlar, Əqrəb
Dərin və mənalı bağlar qurmağı arzulayır.

Şir (23 İyul – 22 Avqust)
Dostluqda uyğun: Qoç, Oxatan, Əkizlər
Liderliyi sevən, pozitiv və enerjili dostdur.

Sevgidə uyğun: Dolça, Qoç, Tərəzi
Diqqət və heyranlıq göstərilən münasibətləri sevir.

Qız (23 Avqust – 22 Sentyabr)
Dostluqda uyğun: Buğa, Oğlaq, Xərçəng
Praktik və dəstəkverici dostluqlara üstünlük verir.

Sevgidə uyğun: Balıqlar, Buğa, Oğlaq
Təhlükəsizlik və sabitlik axtaran münasibətlərə can atır.

Tərəzi (23 Sentyabr – 22 Oktyabr)
Dostluqda uyğun: Əkizlər, Dolça, Şir
Sosial, mehriban və harmonik əlaqələri sevir.

Sevgidə uyğun: Qoç, Əkizlər, Dolça
Estetik və romantik münasibətlərə üstünlük verir.

Əqrəb (23 Oktyabr – 21 Noyabr)
Dostluqda uyğun: Xərçəng, Balıqlar, Oğlaq
Sədaqətli və gizli dostluqlar onun üçün vacibdir.

Sevgidə uyğun: Buğa, Xərçəng, Balıqlar
Güclü emosional bağ və ehtiras axtarır.

Oxatan (22 Noyabr – 21 Dekabr)
Dostluqda uyğun: Qoç, Şir, Dolça
Sərbəst və azad düşüncəli dostluqlara üstünlük verir.

Sevgidə uyğun: Əkizlər, Qoç, Tərəzi
Macəra və yenilik axtaran münasibətləri sevir.

Oğlaq (22 Dekabr – 19 Yanvar)
Dostluqda uyğun: Buğa, Qız, Əqrəb
Praktik, sadiq və məqsədyönlü dostluqlar qurur.

Sevgidə uyğun: Xərçəng, Buğa, Balıqlar
Sabit və uzunmüddətli münasibətlərə önəm verir.

Dolça (20 Yanvar – 18 Fevral)
Dostluqda uyğun: Əkizlər, Tərəzi, Oxatan
Orijinal və azad ruhlu dostları sevir.

Sevgidə uyğun: Şir, Əkizlər, Tərəzi
Fərqlilik və bərabərlik əsasdır.

Balıqlar (19 Fevral – 20 Mart)
Dostluqda uyğun: Xərçəng, Əqrəb, Buğa
Empatiya və emosional bağ qurma qabiliyyəti yüksəkdir.

Sevgidə uyğun: Qız, Əqrəb, Xərçəng
Hisslərə əsaslanan, romantik münasibətlərə üstünlük verir.

Mələk Şixməmmədova,
BSU-nun tələbəsi,

Mənbə: ZodiacSign.com – Friendship & Love Compatibility 

Избранный
0
ikisahil.az

1Источники