RU

“Zirə” növbəti illərdə çempionluğa iddialı olacaq” Skarlatake

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Azərbaycan çempionatını və “Zirə”ni izləyirəm”.

Bu sözləri “Futbolpress.az“a açıqlamasında “qartallar”ın sabiq futbolçusu Adrian Skarlatake söylədi. Rumıniyalı mütəxəsssi “Zirə”nin Premyer Liqada gümüş medalları qazanmasına münasibət bildirdi:

“Azərbaycan çempionatını və “Zirə”ni izləyirəm. Onların nəticələri normaldır. Çünki ötən il də yaxşı oynamışdılar. Onlar adına sevinirəm. Düşünürəm ki, “Zirə” növbəti illərdə çempionluğa iddialı olacaq. Hətta qızıl medalları da qazanacaqlarına inanıram. Rəşad Sadıqovu yaxşı tanıyıram və əla komanda qurub. Ona güvəndilər və artıq 5 ildir, ordadır. Bu, çox vacib nüansdır”.

Rumıniyalı Skarlatake həmyerlisi Yuri Matiasın “Neftçi”dəki çıxışına da toxundu:

“Neftçi”nin bəzi oyunlarını izləmişəm. Tək Matias deyil, “Neftçi” üçün uğursuz mövsüm keçdi. Hər komanda belə hal yaşaya bilər. Matias yaxşı futbolçudur və düşünürəm ki, hələ çempionata tam uyğunlaşa bilməyib. “Neftçi”də yaxşı kollektiv var və inanıram ki, növbəti mövsümdə daha yaxşı olacaqlar”.

Skarlatake 2018-2020-ci illərdə “Zirə”nin formasını geyinib.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
0
1
icma.az

2Источники