RU

Nigar Mirzəliyeva Rusiyada turun rəmzi komandasında - FOTO

Qadın futbolçular arasında Rusiya Superliqasında VIII turun rəmzi komandası açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva da “11-lik”də yer alıb.

Müdafiəçinin formasını geyindiyi Sankt-Peterburq təmsilçisi "Zenit" VIII turda "Rubin"ə 2:0 hesabı ilə qalib gəlib. Nigar bu görüşdə 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, 8 turdan sonra 17 xala malik "Zenit" 3-cü pillədə qərarlaşıb.

İdman.biz

Избранный
0
idman.biz

1Источники